Gürcüstanda koronavirus daha 39 can aldı

11:27 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutkada daha 1 838 nəfərdə koronavirus infeksiyası aşkar olunub, 39 pasiyent vəfat edib.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 580 869-a, ölənlərin sayı isə 8 185-ə yüksəlib.

 

Ötən 24 saat ərzində 5 289, ümumilikdə isə 541 610 nəfər müalicə olunaraq sağalıb.